Prokurorluq icra başçısının köməkçisinin intiharı ilə bağlı araşdırmalara başladı

14:45 12.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.

Hafta.az-ın məlumatına görə, o gecə saatlarında özünü yaşadığı evin qarşısındakı borudan asıb. R.Mehtiyevin meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalar aparılır.