Putin bu GENERALINI DA ORDUDAN QOVDU - SƏBƏB

16:17 19.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə uzandıqca, rus qoşunlarının qarşıya qoyulan hədəfləri gerçəkləşdirə bilməməsinin fonunda Putin tərəfindən orduya rəhbərlik edən generallara qarşı neqativ mövqe getdikcə artır.

Hafta.az Britaniya mətbuatına istinadən bildirir ki, Putin uğursuzluqlarda günahkar gördüyü generallarını bir-bir ordudan qovur.

Bildirilib ki, Qara Dəniz Donanmasının rəhbəri olan vitse-admiral Osipov və elit 1-ci Mühafizə Tank Ordusuna komandanlıq edən general-leytenant Kisel vəzifələrindən azad edilib.

Ukraynadakı müharibə ilə bağlı hər gün mütəmadi olaraq kəşfiyyat məlumatlarını paylaşan İngiltərə, Qara dənizdə iki döyüş gəmisi batırılan və Donbasda ciddi irəliləyiş əldə edə bilməyən Rusiya lideri Putinin bəzi komandirləri işdən çıxardığını bildirir.

Putinin istefaya göndərdiyi komandirlər arasında ən diqqət çəkən ad Qara Dəniz Donanmasının rəhbəri vitse-admiral İqor Osipovdur. Britaniya kəşfiyyatı bildirir ki, vitse-admiral Osipov aprel ayında ukraynalılar tərəfindən raketlərlə batırılan Qara Dəniz Donanmasının ən böyük döyüş gəmisi “Moskva”dan sonra kreslosunu itirib.

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovu işğal etmək vəzifəsi verilən general-leytenant Sergey Kisel də Putin tərəfindən işdən çıxarılıb. Elit rus bölməsi olan 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Kisel Xarkovu ələ keçirə bilmədi. Üstəlik, əks hücuma keçən ukraynalılar Xarkov ətrafında rus işğalçılarını dəf edərək Rusiya sərhəddinə qədər irəlilədilər.
Britaniya kəşfiyyatı həmçinin qeyd edir ki, Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimov öz kreslosunu qoruyub saxlayıb, lakin Putinin generala inanmaqda davam edib-etməyəcəyi aydın deyil.

Oxunma sayı 1106