Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif edib

17:00 16.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu verilməsini təklif edib.

Trend-in məlumatına görə, o, bu sözləri KTMT-nin Moskvada keçirilən sammitində deyib.

"Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik", - deyə o bildirib.

Oxunma sayı 44