Putin məni Gürcüstana qayıtmağa qoymur - Saakaşvili

19:46 06.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili açıq şəkildə Kremli və prezident Putini onu Gürcüstana qayıtmağa qoymmaqda ittihamlayıb.

Hafta.az xəbər verir ki, Saakaşvili bu barədə özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Kremlin əsas qorxusu onun Gürcüstana qayıdacağı təqdirdə ölkəsini sürətli inkişafa doğru aparacağı ilə bağlıdır.

"Onlara Gürcüstanda xaos, özbaşınalıq olması, əhalinin kasıb yaşaması daha sərfəlidir. Mənə qarşı aparılan bütün izləmələr, maneələrin təşkili Putinin sifarişidir" - o bildirib.