Yazını böyüt
Yazını kiçilt
Moskva Rusiya sülhməramlılarının Qarabağdakı komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.
Ermənistan KİV-i xəbər verir ki, general-polkovnik rütbəli yeni komandir “təcrübəli hərbçi, Rusiya müharibələrinin iştirakçısı Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınıb”. İddialara görə, o, Rusiya Müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir və uzun illər onunla çalışıb.
Volkovun artıq getməyə hazırlaşdığı da bildirilir. Yeni komandirin yaxın günlərdə gələcəyi gözlənilir.