Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya... - Elxan Şahinoğlu

17:20 25.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək”.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Rusiyann yaxın zamanlarda  Ermənistan və Azərbaycanla növbəti üçtərəfli sammitin keçirilməsi ilə bağlı niyyətlərini və yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması ilə bağlı açıqlamasında bildirib.

Politoloq bildirib ki, Kreml bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib, Qarabağ separatçılarına informativ dəstək verirlər.

 Onun qənaətinə görə, belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib.

“Bütün bu məsələlər varkən, nəsə ortaq bəyanat qəbul edilsə də, ardı gəlməyəcək. Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki, “Cənubi Qafqaz bizlikdir, buralarda görünməyin”. Ancaq Putinə də deyərlər ki, “Sən get Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”.

Siyasət rubrikasından digər xəbərlər