Putinin qızının Zelenski ilə görüşdüyü bəlli oldu - Almaniya mediası

18:18 19.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Medianın öyrəndiyinə görə, Vladimir Putinin qızı Katerina Tixonova Bavariya Dövlət Baletinin keçmiş bədii rəhbəri İqor Zelenski ilə ailə həyatı qurub.

Hafta.az xəbər verir ki, bu barədə “Mühüm hekayətlər” və “Der Spiegel”in araşdırmasında bəhs edilir.

Jurnalistlərə məlum olub ki, son iki ildə Putinin qızı Katerina Tixonova Münhenə 50 dəfədən çox uçub. İqor Zelenski  2016-cı ildən bu şəhərdə yaşayır və işləyir.

Həmçinin, jurnalistlər Katerina Tixonovanın şəxsi mühafizəçisi olduğu iddia edilən Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşının elektron poçtundan məlumat alıblar. Bu sənədlər arasında Tixonovanın, Zelenskinin və onların 2017-ci ildə doğulmuş qızlarının pasportları da var. Pasportda, medianın məlumatına görə, uşağın ata adı göstərilir - İqorevna(yən İqor qızı)....

"Der Spiegel"  Bavariya Baletindəki mənbəyi Zelenski haqqında suala belə cavab verib ki, o, "çox güman ki, Putinin qızının məşuqudur".

2018-ci ildən Zelenski Rusiya Federasiyasının regionlarında mədəni-maarif komplekslərinin tikintisinə cavabdeh olan Milli Mədəni İrs Fondunun Müşahidə Şurasının üzvüdür. Layihənin təşəbbüskarı şəxsən Putin olub.

Zelenski 2022-ci ilin aprelində Bavariya Baletindən təqaüdə çıxıb. Ola bilsin ki, o, Rusiyanı Ukraynaya qarşı müharibəyə görə açıq şəkildə qınamaqdan imtina etdiyi üçün işdən çıxarılıb.

Oxunma sayı 1113