Qabar dağlarında gündəlik neft hasilatı 25 min barelə çatıb

09:05 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin neft şirkəti TPAO-nun sosial media platformasındakı video paylaşımında bəyanat daxil edilib.

Hafta.az-ın yazdığına görə, bəyanatda “Qabar” layihəsində gündəlik neft hasilatının 25 min barrelə çatdığı vurğulanıb və TPAO-nun baş direktoru Melih Han Bilginin aşağıdakı açıqlamalarına yer verilib: “Ölkəmiz və iqtisadiyyatımız üçün böyük dəyər hasil edilməyə davam edir. İlin sonuna kimi hədəfimiz gündəlik hasilatımızı təkcə “Qabar” layihəsindən 35 min barrelə çatdırmaqdır”.

Şirkətin rəhbəri deyib ki, bu məqsədə çatmaq üçün bütün güclərini səfərbər edərək gecə-gündüz çalışırlar.

Bu arada, xəzinə və maliyyə naziri Məhmət Şimşək sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. Nazir qeyd edib ki, 2024-cü ildə Qabarda neft hasilatı Türkiyənin ehtiyacının yüzdə 10-unu ödəyəcək. “Beləliklə, cari kəsir daimi olaraq azalacaq və ehtiyat yığılması sürətlənəcək. 2026-cı ilə qədər ümumi neft hasilatı ehtiyacın 18 faizini qarşılayacaq səviyyəyə çatacaq", - Məhmət Şimşək bildirib.