Qaçırılan qız ailəsinə qaytarılıb

13:39 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb".

Bu barədə hafta.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Ağdam Uşaq və ailələrə dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək:

"Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, ona psixoloji dəstək göstəriləcək".