“Qaçqınkom”un strukturuna dəyişiklik edilib

19:29 06.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci və 4-cü hissələri ləğv edilib.

Oxunma sayı 134