Qadın çəkməsindən mobil telefonlar çıxdı

16:28 26.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz E 200 CDI" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro Max", şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd "İphone 11 Pro Max" markalı mobil telefonlar və 5 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.