Qadın əri tərəfindən amansızlıqla DÖYÜLDÜ

13:16 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində qadın əri tərəfindən döyülüb.

Hafta.az xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Günel İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəyyən edilib ki, qadın həyat yoldaşı tərəfindən döyülərək ona xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır.