Qadın qısqanclıqdan ərini bıçaqlayaraq öldürdü

17:16 29.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda 28 yaşlı kişi arvadı tərəfindən qətlə yetirilib.

Bərdə rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bərdə rayonunda 28 yaşlı kişi arvadı tərəfindən qətlə yetirilib.

Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.