Qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün reyd keçirilib

16:58 22.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə İsmayıllı şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində keçirilən reyd zamanı qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək üçün zəruri məlumatlar verilib.