Qanunsuz ov edən şəxs saxlanıldı

16:00 15.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb. Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Bu barədə hafta.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.