Yazını böyüt
Yazını kiçilt
Qapanmalar olsa əvvəlkilərə nisbətən indi əhali bunu psixoloji olaraq daha rahat qarşılayacaq. Çünki artıq hər kəsdə belə vəziyyətlərlə bağlı təcrübə var.
Bu fikirləri hafta.az-a psixoloq Orxan Oruc bildirib:
“Əlavə olaraq onu deyim ki, biz 2020-ci ildə tək Covid-19 la bağlı qapanmaları deyil, müharibə şəraiti ilə əlaqədar komendant saatlarını belə gördük. Bu baxımdan düşünürəm ki insanlarda necəki virusa qarşı immunitet yaranır, eləcə də qapanmalarla bağlı psixologiya formalaşa bilir. Həmin o “immunitet” sayəsində əhali gələcəkdə baş verə biləcək qapanmaları daha rahat, aqresiya və emosional səviyyəsinə daha az təsir göstərəcək şəkildə keçirdə bilər”.