Qarabağ separatçısı ABŞ-da Xocavənd və Qlendeyl şəhərlərinin “qardaşlaşması”na imza atdı

12:07 29.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhəri ilə Amerikanın Kaliforniya ştatının Qlendeyl şəhərinin  “qardaşlaşması”” haqda üzdəniraq “dostluq bəyannaməsi” artıq imzalanıb.

Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Məlumata görə, sözügedən heç bir hüquqi qüvvəsi olmayan “bəyannamə”ni sentyabrın 28-də Azərbaycan torpaqlarında Rusiyanın himayəsində bəslənən separatçı-terrorçu rejimin üzdəniraq  “xarici işlər naziri” David Babayan Qlendeyl şəhərinin meri Artaşes Kasakhyan və şəhər hakimiyyətinin nümayəndələri ilə görüşü zamanı imzalayıb.

Xatırladaq ki, hafta.az hələ avqust ayında  Qlendeyl rəhbərliyi tərəfindən “qardaş şəhər” əlaqələrinin yaradılmasına dair qətnamənin yekdilliklə qəbul edilməsi” haqda məlumat vermişdi.

Qeyd edək ki, bir neçə il öncə həmin Qlendeyl şəhərində "Artsax" küçəsi də açılıb...

Ümid edirik ki, Azərbaycan Xarici İşlər  Nazirliyi Amerikanın Qlendeyl şəhəri rəhbərliyinin bu sərsəm qərarına öz sərt münasibətini ifadə edəcək. Və tezliklə Azərbaycan dövləti və ordusu qəti tədbirlər görməklə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə  və s. məntəqələrimiz kimi Xocavənd rayon mərkəzini də öz yurisdiksiyamıza qaytaracaq və nəticədə artıq bu növ problemlərlə qarşılaşmayacağıq…

Siyasət rubrikasından digər xəbərlər