Qarabağda aşkarlanan minaların SAYI

11:54 19.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.05.2025 - 18.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) hafta.az-a verilən məlumata görə, 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.