Yazını böyüt
Yazını kiçilt
30 il öncə Azərbaycan torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra hələ də tör-töküntüləri qalan separatçı-terrorçu erməni rejimin qanunsuz “qanunverici orqanı”nın üzdəniraq “deputat”ı Metakse Akopyan Qarabağdakı ermənilərin kəskin evsizlik problemindən bəhs edib.
Hafta.az xəbər verir ki, M.Akopyan bu haqda Ermənistanın “24News” nəşrinə danışıb.
Onun sözlərinə görə, separatçı xunta yeni tikilmiş mənzilləri 2024-cü ilə qədər paylamalıdır, lakin hazırda sakinlərin mənzillə bağlı böyük problemləri var.
“Qarabağda bir dostunun evindən digərinə dolaşan və ya küçədə, qarajda, yaxud maşında gecələyən adamlar var, çünki yaşamağa yerləri yoxdur" - deyə separatçı “deputat” bildirib.