Qarabağda olanda hər yerdə İran maşınlarını görürdüm - Asim Mollazadə

12:39 14.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Mən özüm işağal zamanı Qarabağda olanda hər yerdə İran maşınlarını, İran vətəndaşlarını görürdüm. Bu özlüyündə onu göstərir ki, İran müsəlmanları didərgin etmiş, 10 illərlə müsəlmanı qətlə yetirmiş, məscidləri dağıtmış ermənilərə dəstək verir və bu islam dəyərlərinə ziddir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Asim Mollazadə İrandan Ermənistana və Qarabağa separatçılara tırlar vasitəsilə yüklər daşınmasına münasibətdə bildirib.  

A.Mollazadə hesab edir ki, biz İran maşınlarını sərhəddə saxlamaqla yanaşı, bu barədə bütün islam təşkilatlarına məlumat verməliyik.

“Söhbət ondan gedir ki, İran işğalçı rejimi, müsəlmanları qətlə yetirən cinayətkarlara dəstək verib. Və bu da davam edir. Biz İranın burda erməni terroruna verdiyi dəstəyi beynəlxalq təşkilatlara bildirməliyik.  Bu hərbi münaqişəni yenidən canlandırmağa verilən dəstək kimi dəyərləndirilməlidir”.