44 gün davam edən İkinci Qarabağ savaşında hər bir sahədən iştirak edən vətən oğulları oldu.
Hafta.az-ın məlumatına görə, Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri prokurorluq sisteminin əməkdaşı olub.
Onu qısaca olaraq sizə tanıdırıq:
Əlizadə Yüksəl İlqar oğlu 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.
O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək, orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq, qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!