Qaradağ rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzəifələrə həsr olunmuş Şura iclasında Prezident İlham Əliyevin yanında sosial iqtisadi sahə ilə bağlı keçirilən iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə olunub, qarşıdakı prespektivlərin başlıca hədəflərini əhatə edən qərar qəbul olunub.
İclası giriş sözü ilə açan Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaradağ rayonunda da sosial-iqtisadi inkişaf təmin edilib, abadlıq və quruculu tədbirləri görülüb. Deyib ki, Prezident İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ardıcıl olaraq davam etdirilib. Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, sənaye sahəsində 2019-cu ilin yanvar-iyun aylarında Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2019-cu ilin yanvar-iyun ayları ərzində 604 milyon 865 min manatlıq məhsul istehsal edilib (Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz çox) və xidmətlər göstərilib. 2019-cu ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 44 milyon 860 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artıb. Hesabat dövründə istehlak bazarı dinamik inkişafını saxlayıb və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 217 milyon 220 min manatlıq əmtəə satılıb, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə artım deməkdir. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 63 milyon 424 min manat əsas fondlar istifadəyə verilib. Hesabat dövrü ərzində Qaradağ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 192 milyon 514 min manat məbləğində investisiya yönəldilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 67 milyon 60 min manat olub.
2019-cu ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər tətəfindən rayon ərazisində 1010 yeni iş yeri yaradılıb. Eyni zamanda DOST İŞ MMC tərəfindən 968 nəfər işaxtaran vətəndaş müxtəlif sahələrdə işlə təmin olunub.

Qeyd olunub ki, Qaradağ rayonu ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2019-cu ilin birinci yarısında birliyin mənzil fondunun yaxşılaşdırılması məqsədilə rayonun Lökbatan, Ələt, Sahil, Müşfiqabad, Qızıldaş və Sənqaçal qəsəbələrinin yaşayış binalarında ümumilikdə 32 min kvadratmetr dam örtükləri təmir olunub.
Lökbatan qəsəbəsi Əli Məhəmmədov küçəsində yerləşən 1 və 5 saylı binanın qarşısında salınmasına başlanmış yeni abad məhəllədə hazırda son tamamlama işləri aparılır. Həmin ərazidə müxtəlif növ tullantılar daşınıb, 22 kubmetr çınqıl və 120 kubmetr münbit torpaq verilib, 222 kvadratmetr hörgü, 444 kvadratmetr suvaq işləri görülüb, 108 kvadratmetr üzlük daşı döşənib, eyni zamanda 3 kölgəlik və 2 oturacaq üçün yer hazırlanıb. Yaxın günlərdə abad məhəllənin sakinlərinə istifadəsinə verilməsi nəzərdə tutulub.
Lökbatan qəsəbəsi Nizami küçəsi 3 və Dadaş Bünyadzadə küçəsi 9 və 10 saylı binaların bloklarında 12 ədəd giriş qapıları, 36 ədəd blok pəncərələri quraşdırılıb və hazırda binaların fasadlarında təmir işləri davam edir. Eyni zamanda Lökbatan qəsəbəsi 28 may küçəsində 3,4,6 saylı və Nəriman Nərimanov küçəsində 10/1 və 12 saylı binalarında qəzalı vəziyyətdə olan 26 ədəd eyvan bərpa edilib, 28 may küçəsində 8,10,14,18,26 saylı binaların fasadında 4200 kvadratmetr təmir işləri görülüb. Rayonda 60 çoxmənzilli yaşayış binasında 215 ədəd lift qurğusundan 1 iyul 2019-cu il tarixdən başlayaraq 78 ədəd lift kabinəsinin dəyişdirilməsinə başlanılıb ki, bunlardan da 62 ədədi Müşviqabad, 16 ədəd isə Sahil qəsəbəsində nəzərdə tutulub. Hazırki dövrə rayonun Müşviqabad qəsəbəsində 15 ədəd lift kabinələri artıq quraşdırılıb, digər lift kabinələri isə qəsəbələrə gətirilərək saxlama yerində yerləşdirilib. Hesabat dövrü ərzində rayonun Lökbatan, Müşfiqabad, Korgöz və Qobustan qəsəbəsində 51500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Həmçinin rayonun Sanqaçal-Çeyildağ yolu yenidən əsaslı təmir edilib.
Hesabat dövründə rayonun Lökbatan, Ələt, Sahil, Qobustan, Sənqaçal, Qızıldaş və Müşfiqabad qəsəbəsinin xidməti ərazilərində 44 yeni məişət tullantısı məntəqəsi tikilib, 183 konteyner yenisi ilə əvəz edilib, 470 paqometr beton bardürlər təmir edilib. Rayonun qəsəbələrindən ümumilikdə 93440 kubmetr məişət tullantısı daşınıb. Yaşıllıq ayları çərçivəsində rayon ərazisində 10500 ədəd müxtəlif ağac və gül kolları əkilib, 4200 kvadratmetr yeni çəmən örtüyü salınıb, eyni zamanda mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənıb, çoxillik güllərə qulluq göstərilib.

Qaradağ rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, pilot layihə formatnda yeni yaşayış binalarının inşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarının icra olunması istiqamətində keçən dövr ərzində İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülüb. Mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. 2019-cu ilin birinci yarısında ümumilikdə 7061 metr qaz xətti, 854 paqon metr müxtəlif diametrli su və kanalzasiya xətti, 30685 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilib və təmir edilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub. Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.
Müzakirələrdə İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şikar Hüseynalıyev və BOS SHELF MMC-nin direktoru İxtiyar Axundov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılmaı nəzərdə tutulan abadlıq işləri,vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdə müzakirə olunub.
Hesabat göstəricilərinə yekun vuran İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradılıb. Hesabat yığınağında Prezidentin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2019-cu il tarixli, Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Abbasağa Babayevin təltif olunması münasibətilə təbrik edilib. Hesabat yığıncağında Prezident İlham Əliyevə Qaradağ rayonun inkişafına hər zaman göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıq bildirilib.