Qaradağda silah-sursat aşkarlanıb

16:11 29.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlmat verilib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Qaradağ rayonu ərazisində 1 tapança, 2 patron darağı və 2 ədəd patron tapılaraq götürülüb.

Araşdırma aparılır.