Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması ilə bağlı paylaşım edib.
Hafta.az-ın məlumatına görə, bu barədə R.T.Ərdoğan tvitter hesabında qeyd edib.
“Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”, - deyə paylaşımda bildirilib.