Qardaşlar arasında mübahisə qətllə nəticələndi

22:21 08.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala rayonunda qətl törədilib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsində baş verib.

Həsənabad sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı - 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır (apa).