Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

16:00 23.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunun Zərrə kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, dekabrın 21-də saat 18 radələrində Qax rayonunun Zərrə kəndi ərazisində Zaqatala rayon sakini O.Musayev idarə etdiyi “VAZ-21102” markalı avtomobillə yolu keçən Ləkit kənd sakini Röyal Şıxəmirovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Qax RPŞ tərəfindən araşdırma aparılır.