Yazını böyüt
Yazını kiçilt
Qax rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qax rayonunun Zərnə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.