Qazax sakinlərində narkotik aşkarlanıb

10:39 15.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, ayrı-ayrılıqda keçirilən müvafiq tədbirlər nəticəsində Raqif Məmmədrzayev, Sərdar Carçıyev, Ramiz Rəhimov, Kamran Qulyev, Adil Mirzəyev, Aydın Abdullayev, və Cavid Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə və bir neçəsinin yaşadığı evə baxış keçirilən zaman “heroin” və “maetamfetamib” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.