Qazaxda 2 ədəd “VAZ” yanıb

21:14 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Ağköynək kəndində açıq ərazidə 1 ha sahədə kol-kos, yaxınlıqda istifadəyə yararsız 2 ədəd “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri və sahəsi 49 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.