Qazaxıstan Rusiyaya paralel idxalın tranzitini çətinləşdirməyə başladı

15:20 05.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan öz ərazisindən Rusiyaya paralel idxalın tranzit şərtlərini çətinləşdirməyə başladı.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, Qazaxıstan Rusiyaya paralel idxal çərçivəsində yük daşıyan maşınların tranzitinə qadağa qoyulması həddinə çatıb.

Rusiya qəzeti paralel idxalla Rusiyaya daşınan yüklər üçün yalnız İran, Gürcüstan, Azərbaycan, Ermənistan və Çin marşrutlarının qaldığını yazıb. Bildirilir ki, Qazaxıstan dövləti qərara səbəb kimi bu yüklərin gömrükdə yaratdığı çətinlikləri göstərib.

Mütəxəssislər qeyd edirlər ki, daşıma marşrutlarının uzadılması məhsulların maya dəyərini xeyli artırır və paralel idxalın cəlbediciliyini azaldır.

Digər tərəfdən, Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketinin böyük ölçüdə qadağan olunmuş məhsulların Rusiyaya daşınmasında embarqonun pozulmasına imkan verən boşluqları aradan qaldırmağı hədəfləyəcəyi bildirilir.

Financial Times-ın xəbərinə görə, sanksiyalara məruz qalan məhsulların Rusiyaya daşınması üçün tranzit ölkə kimi istifadə edilən ölkələrin özlərinə də bəzi məhsulların satışının məhdudlaşdırılması məsələsi müzakirə edilir. Yeni qadağaya hansı ölkələrin və məhsulların daxil ediləcəyi hələlik bəlli deyil.

Siyasət rubrikasından digər xəbərlər