Qazaxıstan sovetdənqalma döyüş təyyarələrini satışa çıxarıb

09:10 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda dövlət əmlaklarının satıldığı Elektron Ticarət Platformasının saytında 100-dən çox köhnə təyyarə satışa çıxarılıb. 1975-1989-cu illər arasında SSRİ istehsalı olan bu təyyarələrin modernləşmə prosesinə uyğun olmadığı üçün satıldığı bildirilir. Satışın koordinasiyasını “Kazarnaulyeksport” (Kazspetsexport) dövlət müəssisəsi həyata keçirir.

Hafta.az-ın “Defence Blog”a istinadən yazdığına görə, satışa çıxarılan təyyarələr 4 lotdadır. Təyyarələr Qazaxıstanın Qaraqanda, Çimkənt, Semey və Almatı vilayətlərində yerləşir. Qazaxıstanın satışa çıxardığı təyyarələrin sayı 117 olub. Keçmiş SSRİ dövründən qalma MiQ-27, MiQ-29, MiQ-31 və Su-24 təyyarələri mühərrikləri və ehtiyat hissələri ilə birlikdə satışa çıxarılıb. Qazaxıstanın bu satışdan əldə etmək istədiyi gəlir 1,9 milyard təngədir. (təxminən 1,8 milyon dollar).

İlk satış prosesi oktyabrın 26-da keçirilib. Alıcı olmadığı üçün tenderin noyabrın 11-də yenidən yarı qiymətə keçirilməsi gözlənilir. Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin sirkulyarına əsasən, təyyarələr ölkə ərazisində məhv edilməlidir. "Texniki vəziyyətini və unikallığını nəzərə alaraq onlardan başqa məqsədlər üçün, o cümlədən ehtiyat hissələrinin mənbəyi üçün istifadə etmək mümkün deyil", - nazirliyin məlumatında deyilir.

Təyyarələr satışa çıxarılmazdan əvvəl ölkədəki dörd bazada anqarlardadır. Bu təyyarələrin modernləşdirilməsi hətta onların ölərindən bahadır. Orda.kz xəbər verir ki, bu təyyarələrin bəzilərində müxtəlif sensorlar, sürət qutuları, idarəetmə blokları, idarəetmə məntəqələri və hətta döyüş sursatları yoxdur. Bu təyyarələri və onların ehtiyat hissələrini hərracdan almaq istəyənlərdən anbarlardan bütün avadanlıqları yığışdırıb məhv etmələri və müqavilənin yerinə yetirildiyini bəyan etmələri tələb olunacaq.

Bundan əlavə, oxşar satış elanı 2022-ci ilin may ayında verilib. Begeldinov adına Hərbi Hava Hücumundan Müdafiə Qoşunları İnstitutu tərəfindən də SSRİ dövründən 1 ədəd Yak-18T, 2 ədəd An-28, 1 ədəd An-12, 1 ədəd An-12BP, 1 ədəd TU-134 və 2 ədəd An-26 uçuş üçün uyğun olmadığından satışa çıxarılıb. Amma onları da alan olmayıb.

Siyasət rubrikasından digər xəbərlər