Azərbaycan torpaqları coğrafi əhəmiyyəti, maddi, mədəni zənginliyi ilə yanaşı, şərqlə qərbi birləşdirən, strateji qovşaq olaraq daim imperialist qüvvələrin hədəfində olub. Azərbaycan 300 il tarixin müxtəlif dönəmlərində xarici qüvvələrin hücumlarına, təcavüzünə, imperialist güclərin çirkin siyasətinə tuş gələrək daim parçalanıb, əhalisi güclə öz yurdundan qovulub, deportasiyaya, soyqırıma, qətliamlara məruz qalıb. Bu gün dilimizdə əzbər olan “Şimali Azərbaycan”, “Şərqi Zəngəzur”, “Qərbi Azərbaycan”, “Cənubi Azərbaycan” ifadələri təsadüfən yaranmayıb. Bu gün tarix parçalarımızı birləşdirmək, bizə yaşatdığı ədalətsizliyə son qoymaq üçün daha bir şans yaradıb. Qarabağ, Şərqi Zəngəzurdan sonra Qərbi Azərbaycana qayıdışımızın yüksək tribunadan səslənməsi xüsusilə insanlarımızda böyük ruh, əminlik yaradır. Qərbi Azərbaycana qayıdışımızı təmin edən şərait nə dərəcədə realdır? Müsahibimiz Əlil Qadınlar Cəmiyyətinin sədri, indiki Ermənistanın yerləşdiyi tarixi torpaqlarımızdan sonuncu deportasiyaya məruz qalanlardan biri olan Məhluqə Rəhimovadır.
- Azərbaycan yüz illərdir böyük güclərin təcavüzkar, hiyləgər siyasəti ilə üzləşb, əzilib, parçalanıb. Təbii ki, bunu Azərbaycan elinin gücündən qorxan fitnəkar qüvvələr ediblər. Çünki birliyimizin qarşısında heç bir gücün dayana bilməyəcəyini görür və o gücdən qorxurdular. Ona görə də Azərbaycanı zəiflətmək, bölgənin zəif bir bölgəsinə çevirmək üçün daim ölkəmizə, insanlarımıza qarşı bu münasibət sərgilənib. Bu siyasət böyük güclərin əlində maşa olan, geni bəlli olmayan hayların əli ilə edildi. Üstəlik, onların qara yara kimi bölgəyə gətirib burada kök salmaları üçün şərait yaratdılar. Beləliklə, Ermənistan adlı dövlət qurmaq üçün Türkiyədən, İrandan gətirdikləri erməniləri regiona topladılar. İndiki Ermənistan torpaqlarından qovulan, deportasiyaya məruz qalan azərbaycanlılar o yerləri Qərbi Azərbaycan deyə unutmur. Qərbi Zəngəzur mahalı Qərbi Azərbaycandır. Tarixdə böyük ədalətsizliyə məruz qoyulsaq da, yenə də torpaqlarımızın olduğu bugünkü dövlətlərin ərazi bütövlüyünü tanıyır, hörmətlə yanaşırıq. Sadəcə bir istəyimiz var, öz torpağında yaşayan türklərə diqqət, hörmət edilsin, hüquqları qorunsun. Bu, istək Qərbi Azərbaycanla da bağlıdır. Azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyir, lakin təhlükəsizlik tam təmin olunmalıdır.
Amma yenə də Ermənistana himayədarlıq edən qüvvələr, onun revanşist ideologiyasını qoruyub saxlamağa çalışanlar gərginliyi artırmağa, vəziyyəti öz xeyirlərinə dəyişdirib, yenə də Azərbaycandan nə isə qoparmaq istəyirlər. Lakin unudurlar ki, dövr başqadır. Artıq regionda Azərbaycan erası başlayıb və o, Şərqi Zəngəzuru, Qarabağı düşmənin işğalından azad edərək, cızdığı yol xəritəsində Qərbi Azərbaycana qayıdışı, Zəngəzur Dəhlizinin açılışını hədəfləyib. Hansı ki, o yol bizi öz məqsədlərimizə doğru aparacaq…
-Qarabağın, Şərqi Zəngəzurun azadlığı və o torpaqlara qayıdışımız sizdə hansı hissləri doğurdu? Qərbi Azərbaycana qayıdışımız bu günün zəfər tarixindən necə görünür?
-Bu günə qədər Azərbaycanın güclü dövlət olaraq dünyada öz sözünü deməsini həzm edə bilməyən Qərbin, Avropanın imperialist gücləri Azərbaycan dövlətinə qarşı apardığı çırkin siyasəti davam etdirmək niyyətindən əl çəkmir. Lakin 44 günlük Qarabağ savaşı bu millətin kimlərinsə əlində oyunçaq olmadığını bir daha bəyan etdi. Artıq Azərbaycan xalqı XX əsrdə üç dəfə məruz qoyulduğu təcavüz, istila, deportasiya, soyqırıma qarşı özünün “Böyük Qayıdış” proqramı ilə cavab verir. Azərbaycanın regionda yaratdığı yeni düzən, apardığı siyasət son 30 ildə Azərbaycan torpaqlarını erməni işğalına qurban vermək istəyən imperializmə tutarlı cavab olmaqla, özünün tarixi torpaqlarına qayıdışını hədəfləyir. Prezident İlham Əliyevin də söylədiyi kimi, azərbaycanlılar XX əsrdə üç dəfə deportasiyalara, soyqırımlara məruz qoyularaq öz torpaqlarından didərgin salınıb. Lakin son iki deportasiyadan sonra azərbaycanlıların hamısı olmasa da, böyük əksəriyyəti geriyə - İrəvana, yaxud hazırda Ermənistan əraziləri adlanan Göyçəyə, Dəvəliyə, Vedibasara qayıdıblar. Bu başqa cür ola da bilməzdi. İrəvan bütövlükdə Azərbaycan-türk mədəniyyəti, türk ədəbiyyatı, türk abidələri ilə qurulmuşdu. O yerlər azərbaycanlıların öz Vətəni idi. 1918-20-ci illərdə həmin ərazilərin azərbaycanlılardan təmizlənməsi üçün soydaşlarımıza qarşı ağlasığmaz qətliamlar, basqınlar törədilməklə deportasiya siyasətini həyata keçirdilər. Azərbaycan torpaqları alınaraq ermənilərə peşkəş edildi. Beləliklə, Azərbaycan əraziləri hesabına Ermənistan dövləti yaradıldı. Sonra sovet hökumətinin “bərabərlik, qardaşlıq” devizi altında qurulan respublikalar arasında guya dostluq əlaqələri təbliğ edildi. Məhz həmin illərdə öz yurdundan qovulan azərbaycanlılar geriyə qayıtdılar. Insanlarımız yenə də böyük dövlətlərin “sülhpərvər” ideyalarına, bu istiqamətdə apardıqları təbliğata inandılar.
- Prezidentin “Tarix bizdə əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar” sözləri sizlərə və dünyaya hansı mesajı verir?
-Bu gün Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işləndiyi bir tarixi mərhələni yaşayırıq. Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz yurduna qayıdışı ilə bağlı dediyi fikirlər əsas etibarilə öz gücünü bu millətin vətəninə, torpağına olan sevgisindən alır. Daim özü ilə böyüdüb özündən sonrakı nəsillərə ötürdüyü tarixi bir çeşmədən götürməsi ilə canlanır, dilə gəlir. Prezident çox haqlı olaraq deyir ki, o yerləri görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri belə Vətən həsrəti ilə yaşayır və öz yurduna qayıtmaq istəyir. Bu, tarixin dərinliyində daim qaynayan, alovlanan bir istəkdir. İrəvanlı, Göyçəli, Vedibasarlı öz ata-babasının yurduna qayıdıb, o torpaqlarda yaşamaq istəyir. Bu gün Qarabağın, Şərqi Zəngəzurun erməni işğalından azad olunması hər bir zəngəzurlunun, Qərbi azərbaycanlının nəsildən nəsilə ötürdüyü torpaq həsrəti ilə yanan közünü yenidən alovlandırdı. Əbəs yerə deyilmir ki, 44 günlük savaş son 200 ildə Azərbaycan dövlətinin, xalqının öz torpaqlarını əsarətdən azad etdiyi qızıl tarixdir. Bu gün Azərbaycan dövləti, xalqı Qarabağı, Şərqi Zəngəzuru azad edərək məcburi köçkün elinin öz yurduna qayıdışını təmin edirsə, bu proses Qərbi Azərbaycandan zorla qovulan qaçqınların da qayıdışı üçün yeni bir cığır açmış oldu. Çünki Prezidentin də dediyi kimi, o torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə Böyük Qayıdış proqramının icrasını gözləyirlər. Prezident əminliklə bəyan edir ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq.
Bu fikirlər bu gün Ermənistanı dərindən narahat etsə də, insanlarımızda öz tarixi torpaqlarına qayıdacaqlarına dair inam, ümid yaradıb. Əlbəttə ki, Qərbi azərbaycanlılar, mən özüm də o günü səbirsizliklə gözləyirəm.