Qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılsın - TƏKLİF

15:58 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

O bildirib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

"Məsələn, Nərimanovda sahəsi 1000 kvadratmetr olan obyektin icarə haqqı 25 min manatdır. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu, bələdiyyələrə də əlavə dəstəkdir".