Yazını böyüt
Yazını kiçilt
Yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini S.Baxşıyev idarə etdiyi “Runna” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Əkbərova məxsus “QAZel” markalı avtomobilə vurub.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, S.Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.
Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.