Yazını böyüt
Yazını kiçilt
Qəzza zolağında məcburi köçkünlərin sayı 600 minə çatıb.
Hafta.az-ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bildirib.
"Cümə günü İsrailin təxliyə əmrindən sonra Qəzzanın şimalından cənubuna əhalinin kütləvi köçürülməsi davam edib. Şənbə günü axşam saatlarına olan məlumata görə, təxminən 600 min məcburi köçkün Qəzzanın mərkəzi və cənubunda sığınacaq tapıb və onların yaşayış şəraiti pisləşir", - deyə qeyd olunub.
Həmçinin bildirilib ki, şənbə günündən bəri onların sayı “əhəmiyyətli dərəcədə artıb”, lakin dəqiq rəqəmlər təqdim edilməyib.