İsrailin insan haqları təşkilatı B'Tselem verdiyi açıqlamada bildirib ki, ölkəsi müharibənin əvvəlindən Qəzzaya qarşı bombardman əməliyyatları "insanlığa qarşı müharibə cinayətidir və dərhal dayandırılmalıdır".
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, B'Tselemin bəyanatında aşağıdakı ifadələr yer alıb: “Qəzza zolağında baş verən böyük dağıntı görünməmiş hadisədir. İsrail zolağa minlərlə mərmi atdıqdan sonra bütün yaşayış məntəqələri dağıdılıb. İsrail müharibə başlayandan bəri Qəzza zolağına minlərlə artilleriya mərmisi atıb. Hər cəhətdən qapalı olan Qəzza sakinlərinin başqa yerə sığınmaq imkanı yoxdur. Qəzzada təhlükəsiz otaqlar, bunkerlər və ya sığınacaq yerləri yoxdur. Dinc sakinlər sağ qalmaq ümidi ilə dəhşət və qorxu içində gözləyirlər. Bir milyondan çox insan təhlükəsiz yer axtararaq evlərini tərk edib, bəziləri qaçış yolunda, bəziləri isə sığındıqları yerlərdə öldürülüb. Həmas kimi İsrail və bütün dünya ölkələri beynəlxalq humanitar hüququn müddəalarına uyğun hərəkət etməyə borcludurlar”.
B'Tselem-in bəyanatında qeyd olunur ki, bu qanunun müddəaları insan haqları təşkilatları və ya Fələstinin tərəfdarı təşkilatlar tərəfindən deyil, İsrail də daxil olmaqla, bütün ölkələrin qazılığa gəldiyi bir anlayışla hazırlanıb. Müharibədə dinc əhalinin əziyyətini minimuma endirəcək və mülki əhalinin mümkün qədər münaqişə bölgələrindən kənarda saxlanmasını təmin edəcək qaydalar da olmalıdır.
B'Tselem-in bəyanatda deyilir: “Bu məqsədlərə nail olmaq üçün təsdiqlənmiş iki əsas prinsip var. Birincisi, hansı hədəflərə hücum edilə biləcəyini müəyyən edən ayrı-seçkilik prinsipi, ikincisi isə hücumun həyata keçirilmə üsulunu təyin edən mütənasiblik prinsipidir. İsrailin 2000-ci ildən bəri həyata keçirdiyi bombardman əməliyyatları və müharibələr bu iki prinsipə tamamilə ziddir və müharibə cinayəti təşkil edir. Qəzzadakı səlahiyyətlilərə görə, ən azı 16 min bina tamamilə dağıdılıb və ən azı 11 min bina yaşayış üçün yararsız hala düşüb. Gündən-günə artan dəhşətli ölüm sayı ağlasığmazdır. Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında indiyədək 7 mindən çox insan həlak olub. Ölənlər arasında 3 minə yaxın uşaq, 1700-dən çox qadın, eləcə də bütün üzvləri öldürülmüş onlarla ailə var. 17 mindən çox insan yaralanıb, 2 minə yaxın insan hələ də dağıntılar altında itkindir. Bu məlumatların yuxarıda qeyd olunan qanunun müddəaları ilə uzlaşması mümkün deyil. Barmbardman edilən minlərlə hədəfin hər biri Həmas-a cavab vermək üçünbombalanmayıb. Hədəflərin məhv edilməsi İsrailə “açıq hərbi qazanc” verir. Minlərlə hədəf bu şərtlərə cavab versə belə, minlərlə sakinin can və malına dəyən zərərin mütənasib olması tələbi nəzərə alınmır. Bu, təkcə hüquqi baxımdan yanlış deyil, həm də mənəvi cəhətdən qəbuledilməzdir”.
İnsan haqları təşkilatı bildirib ki, İsrail baş verənlərə görə Həmas-ın təkbaşına məsuliyyət daşıdığını iddia edir. Çünki onlar əhalidən canlı qalxan kimi istifadə edir, evlərində silah gizlədirlər və dinc əhali arasından İsrail daxilində mülki hədəflərə atəş açırlar. Buna görə də İsrailin Həmas-a qarşı müharibəsinin bir hissəsi olaraq mülki insanlara zərər verməkdən başqa çarəsi yoxdur. Bununla belə, bütün məsuliyyəti Həmas-ın üzərinə qoymaq o deməkdir ki, İsrail tərəfindən atılan istənilən addım, nəticələri nə qədər dəhşətli olsa da, qanuni sayılacaq. Bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur. Bütün hüquqlarda olduğu kimi, beynəlxalq humanitar hüquqda da qarşılıqlılıq prinsipi keçərli deyil. Bir tərəfin qanunu pozması digər tərəfə qanunu pozmaq hüququ vermir.
B'Tselem işğal olunmuş ərazilərdə işğala son qoymağa çalışan İsraildə yerləşən insan haqları təşkilatıdır. B'Tselem adı Tövratdakı "Allah insanı Öz surətində yaratdı” (Yaradılış 1:27) ayəsindən gəlir. B'Tselem iddia edir ki, bütün insanların insan hüquqlarına hörmət etmək "ümumdünya və yəhudi öhdəliyi" daxilindədir.
B'Tselem 1989-cu ildə yarandığı gündən İsrailin işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulması ilə bağlı məlumatları, ifadələri, foto materialları və hesabatları sənədləşdirir və onları araşdırma hesabatları şəklində dərc edir.