QHT-lərə Dövlət Dəstəyi Agentliyi ictimai müzakirə təşkil edəcək

14:53 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Hafta.az-ın məlumatına görə, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılmış, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilmişdir. Müzakirələr əsasında Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işçilərinin Agentlikdə uyğun vəzifələrə təyin olunmaları ilə bağlı məsələyə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılmışdır. Müşahidə Şurası üzvlərinin təklifi ilə 20 sentyabr 2021-ci il tarixdə “zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınmışdır.

Qeyd edək ki, Müşahidə Şurasının bəzi üzvləri iclasa onlayn qaydada qoşulmuşlar.

Oxunma sayı 28
Siyasət rubrikasından digər xəbərlər