Yazını böyüt
Yazını kiçilt
Qırğızıstan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkədə keçirilməsi gözlənilən "Sarsılmaz qardaşlıq - 2022" hərbi təlimlərini ləğv edib.
Hafta.az-ın yazdığına görə, bu barədə Qırğızıstanın Müdafiə Nazirliyi açıqlama verib.
Qeyd edək ki, Qırğızıstan Xarici işlər nazirinin müavini Nuran Niyazaliyev adıçəkilən təşkilatın oktyabrın 7-də Ermənistanda keçirilmiş toplantısında, KTMT-ya üzv ölkələr arasında toqquşmaların qarşısını almaq üçün təşkilatın məramnaməsində dəyişiklik edilməsini təklif eləmişdi.
Xatırladaq ki, ötən ay sərhəddə yaşanan anlaşılmazlıq səbəbindən Qırğızıstanla Tacikistan arasında xeyli sayda insanın həlak olması ilə nəticələnən silahlı toqquşma baş vermişdi.