Qırıcılarımız təlim üçün Türkiyəyə gediblər - VİDEO

23:58 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki uçuş təlimlərində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gedib.

Hafta.az xəbər verir ki, təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.

Məlumata görə, beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək. Təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı, Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları da iştirak edəcək.

Qeyd edək ki, təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.