Sağlamlıq mütəxəssisləri qışda xəstəliklərdən qorunmaq üçün lazım olan 5 əlavəni bölüşürlər.
Hafta.az-ın yazdığına görə, qışda rast gəlinən xəstəliklərdən, xüsusilə soyuqdəymə və qripdən qoruyan vitaminlər və əlavələr aşağıdakılardır:
C vitamini:
C vitamini hüceyrə və damar sağlamlığını qorumaqla yanaşı, sümükləri gücləndirən və yaraların sağalmasını sürətləndirən funksiyalara malikdir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti 19-64 yaş arası insanlara gündəlik 40 mq C vitamini qəbul etməyi tövsiyə edir. Banan və portağal suyu xüsusilə zəngin C vitamini mənbəyidir.
D vitamini:
İmmunitet sistemini gücləndirən D vitamini sümükləri sağlam saxlayan kalsium və fosfatın da udulmasını dəstəkləyir.
Elm adamları “British Medical Journal” elmi jurnalında dərc etdikləri araşdırmada D vitamininin immunitet sistemi ilə yaxından əlaqəli olan bağırsaqları sağlam saxladığını ortaya çıxarıblar. Bu vitamin sizi tənəffüs sistemi xəstəliklərindən də qoruyur.
D vitamininin ən vacib mənbələrindən biri günəş işığıdır. Bundan əlavə, D vitamini zənginləşdirilmiş südlərdən, xüsusi dənli bitkilərdən və yağlı balıqlardan da əldə edilə bilər.
ABŞ Milli Tibb Akademiyasının Tövsiyə olunan Pəhriz Müavinəti (RDA) indeksinə əsasən, 19 və yuxarı yaşda olanlar üçün 15 mikroqram D vitamini, 70 yaşdan yuxarı olanlar üçün isə 20 mikroqram D vitamini tələb olunur.
B6 vitamini:
B6 vitamini xüsusilə soyuqdəymə və qrip hallarının artdığı qış aylarında sinir sistemi və immunitet üçün çox vacibdir. Bu vitamin orqanizmə qidanı hüceyrə enerjisinə çevirməyə imkan verir. Buna görə də B6 çatışmazlığı zamanı yorğunluq arta və depressiya müşahidə oluna bilər.
B6 vitamininin mənbələrinə banan, tuna və qızılbalıq, həmçinin paxlalılar, mal əti, qoz-fındıq və bütün taxıllar daxildir.
RDA-nın məlumatına görə, 50 yaşadək olanlar üçün 1,3 mq B6 vitamini, 50 yaşdan sonra qadınlar üçün 1,5 mq, kişilər üçün 1,7 mq vitamin tələb olunur.
Sink:
Xüsusilə mövsümi dəri xəstəlikləri və xəstəliklərə qarşı bədənin təbii müdafiəsini gücləndirməklə yanaşı, sink sağlam yuxuya getməyinizə imkan verir.
İmmunitet sistemini və maddələr mübadiləsini yaxşılaşdıran sink həm də sızanaq və iltihabdan qoruyur.
Dr. Cuzeppe Aragona, "Soyuq və quru qış havası dəridə problem yarada bilər. Sink yaraların sağalmasında və dəri sağlamlığında mühüm rol oynayır. Quruluq və çatlama kimi problemlərin qarşısını ala bilər" deyib.
Omeqa-3:
Omeqa-3 ürək-damar xəstəliklərinin qarşısının alınmasında, qanın laxtalanmasında, döş xərçəngi və Alzheimer kimi bəzi xəstəliklərin riskini azaltmaqda təsirlidir.
Balıq omeqa-3-ün ən yaxşı mənbəyidir. Amerika Ürək Dərnəyi heç bir ürək xəstəliyi olmayan insanlara həftədə ən azı iki dəfə balıq yeməyi tövsiyə edir.
Omeqa-3 də dərinin nəmli qalmasını və elastikliyini qorumasını təmin edir. Dietoloq Lorraine Perretta, "Omeqa yağ turşuları, hüceyrə membranlarını nəm saxlayaraq, qış aylarında dərinin immun sistemini dəstəkləməkdə mühüm rol oynayır" deyibi.
Dəmir:
Dəmir qanda oksigeni daşıyan və qida mənbələrindən enerji əldə edən hemoglobin zülalı üçün həyati əhəmiyyət kəsb edir. Dəmir təkcə enerjini artırmır, həm də sağlam hamiləliyi təmin edir. Çatışmazlıq diabet və xərçəng riskini artıra bilər. Qəhvə və çay istehlakı da dəmir səviyyəsinə mənfi təsir göstərə bilər.
Kişilər üçün tövsiyə olunan gündəlik miqdar 8,7 milliqram olduğu halda, menstruasiya zamanı qadınlar üçün bu miqdar 14,8 milliqrama qədər yüksəlir.
C vitamini sayəsində dəmir preparatlarının udulması da artırıla bilər.