“Razzies” kimi tanınan və ilin ən böyük kino uğursuzluqlarını şərəfləndirməyi hədəfləyən 2024-cü il Qızıl Moruq Mükafatları üçün namizədlərin siyahısı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, auksion davam filmi olan “The Expendables 4” (Cəhənnəm mələkləri 4) toplam 7 nominasiya ilə liderlik edir, “The Exorcist: Believer” və “Winnie the Pooh: Blood and Honey” filminin hər biri 5 nominasiya üzrə namizəddir.
“Ən pis aktyor” kateqoriyasında Russell Krov, Vin Diesel, Kris Evans, Ceyson Statham və Con Voyz namizəd göstərilib.
Ən pis aktrisa mükafatına isə Ana de Armas, Meqan Foks, Salma Hayek, Cennifer Lopez və Dam Helen Mirren namizəddir.
Mükafatlandırma mərasimi ilk dəfə 1981-ci ildə keçirilməyə başlayıb. Namizədlər seçkili komissiya tərəfindən seçilir və sonra bülletenlər üzvlərə paylanır. Hər kəs ildə 40 dollar və ya ömürlük üzvlük üçün birdəfəlik 500 dollar ödəməklə “Razzies” səsvermə üzvü ola bilər.
Builki qaliblər 2024-cü il martın 9-da, Oskardan bir gecə əvvəl keçiriləcək mərasimdə elan ediləcək.