Qızlarını başqa kastadan olan şəxslə evlənmək niyyətinə görə öldürdülər

10:29 23.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistan polisi qızın valideynlərini onun qətlində şübhəli bilərək həbs edib.

Qızın cəsədi cümə günü Uttar Pradeş ştatının şimalındakı Mathura şəhəri yaxınlığında plastikə bükülmüş və qırmızı çamadana qoyulmuş vəziyyətdə tapılıb.

Təqsirləndirilən şəxslər - atası Niteş Kumar Yadav və anası Brajbala hələlik heç bir açıqlama verməyiblər. Polis bu işə “namus qətli” kimi baxdıqlarını deyir.

Bu cür qətllərin qurbanları əsasən öz kastasından kənar ailələrinin istəyinə zidd olaraq bir-birini sevən və ya evlənən gənc kişi və qadınlar olur.

Polisin məlumatına görə, zərərçəkmiş Aayushi Chaudhary ailəsi ilə birlikdə yaşadığı Dehlidəki özəl kollecdə oxuyub.

Noyabrın 17-də 22 yaşlı qızın atası fərqli kastadan olan kişi ilə evliliyi üstündə mübahisə etdikdən sonra onu öldürüb. Valideynlər cəsədi çamadana yığaraq gecə Yamuna ekspress yolunun yaxınlığında qoyublar.

Cəsəd bir gün sonra tapıldıqdan sonra yarılma aparılıb və qızın başında, üzündə və bədəninin digər hissələrində travma izləri aşkar edilib, polis onun "sinəsindən iki güllə atdıqdan" sonra öldüyünü söyləyib.

Onlar atanın lisenziyalı silahını və cinayətdə istifadə edildiyi iddia edilən avtomobili ələ keçiriblər.