Yazını böyüt
Yazını kiçilt
Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.
Hafta.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb. Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı insanlardır.
Ötən ilin analoji dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu.