Qobustan stansiyasında transformatorda yanğın olub

13:20 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.

Hafta.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürmə briqadaları, Biləcəri və Hacıqabul yanğınsöndürmə qatarları cəlb edilib. Yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb.

Yanğına texniki nasazlıq səbəb olub.