Yazını böyüt
Yazını kiçilt
Qobustan rayonunun Sündü kəndində ümumi sahəsi 50 m² olan tövlənin çardağına yığılan 5 ton ot bağlamasının 3,6 tonu yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ot bağlamalarının qalan hissəsi, tövlə və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.