Quba və Şabranda yanğınlar söndürülüb, Xaçmaza isə helikopter cəlb edilib - FHN

11:48 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonu ərazisindəki meşədə baş verən yanğının söndürülməsi davam edir.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumatda bildirilir ki, ötən gün respublikanın müxtəlif bölgələrində açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ və peşəkar müdaxiləsi sayəsində yanğınların ərazisinin genişlənməsinin qarşısı alınaraq əksəriyyəti qısa müddətdə söndürülüb.

Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da Nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

 

Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir. Yanğınla mübarizəyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.

Oxunma sayı 541