Yazını böyüt
Yazını kiçilt
İranın Qum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı yeddi nəfər xəsarət alıb, binanın bir hissəsinə ciddi ziyan dəyib.
Hafta.az nəşrinə istinadla verdiyi məlumata görə, hadisə Pərdisan yaşayış kompleksində qeydə alınıb. Bildirilir ki, partlayışın baş verdiyi mənzil blokun birinci mərtəbəsində yerləşir. Hadisə yerinə təcili yardım, polis və fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.
Qum Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsi hadisədən bir qədər sonra verdiyi açıqlamada bildirib ki, partlayış nəticəsində ölən olmayıb.
Hadisənin səbəbi araşdırılır. /"Rokna"/


