Qurban bayramı yarmarkasından görüntülər - İşlər yekunlaşıb

12:31 10.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hər il olduğu kimi bu il də Qurban bayramı ilə əlaqədar Bakı şəhərinin ayrı-ayrı yerlərində yarmarkalar təşkil ediləcək. Artıq AQTA bununla bağlı ünvanları da açıqlayıb. Həmçinin, həmin ünvanlarda kəsim məntəqələri də yaradılıb ki, burda heyvanlar yoxlanışdan keçə və qaydalara uyğun kəsilə bilər.

Ayrı-ayrı ərazilərdə quraşdırılan bu yarmarkalarda hazırlıq işləri davam edir. Bu gün Nizami rayonunda yerləşən AQTA-nın quraşdırdığı çadır məntəqədə olduq. Demək olar ki, hazırlıq işləri yekunlaşıb. Ayın 12-dən etibarən yarmarka və kəsim məntəqəsi insanların üzünə açıq olacaq. Onu da qeyd edim ki, bu gün də qurbanlıq qoyun almaq istəhən vətəndaşlar da müraciət edə bilər.

Olduğumuz Nizami rayonunda yerləşən yarmarkada bu gündən insanların maraq göstərməsini müşahidə edirik. Bakı sakinləri yaxınlaşıb heyvanların qiymətlərini soruşub öz ciblərinə uyğun heyvanlara baxış keçirirlər.

Məlumat üçün qeyd edim ki, heyvanların qiyməti fermerlər tərəfindən müəyyən olunur. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi də açıqlamasında bildirmişdi. Məhz heyvanları yarmarkalara çıxaran fermerlər qiymətini də özləri müəyyənləşdirir. AQTA anti-sanitar qaydalara cavabdehlik daşıyır, eləcə də kəsim məntəqələri ilə insanların işlərini asanlaşdırır.

Yarmarkalara üz tutan fermerlər də hələ ki, heyvanların qiymətinin hər zamanki kimi olduğunu deyirlər. Artım olmayacağını, hətta əvvəlki qiymətlərlə nisbətdə ucuz olacağını bildirirlər.

Allah qurbanlarınızı qəbul etsin!