Qusarda ikimərtəbəli ev yanıb

10:43 11.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunun Mucuq kəndində ikimərtəbəli evdə yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.