Ramin Hacılı həbs olundu

14:46 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.